Hillari Klinton Kentukkidəki praymerizdə Berni Sandersi cüzi fərqlə üstələyib

Hillari Klinton Kentukkidəki praymerizdə Berni Sandersi cüzi fərqlə üstələyib Ümumi səslərin 99%-nin hesablanması nəticəsində Sanders 46,3%, Klinton isə 46,8% səs toplayıb
Digər ölkələr
18 May , 2016 11:16
Hillari Klinton Kentukkidəki praymerizdə Berni Sandersi cüzi fərqlə üstələyib

Bakı. 18 may. REPORT.AZ/ Demokratlar Partiyasının Kentukki ştatında keçirilən praymerizində Hillari Klinton əsas rəqibi olan Berni Sandersi cüzi - cəmi 0,5%-lik fərqlə üstələyib.

"Report" CNN-ə istinadən xəbər verir ki, H.Klinton artıq qələbəsini elan edib. Eyni zamanda Kentukki ştatının katibi Elison Landergen Qrayms da xanım siyasətçinin qalib gəldiyini bildirib.

Ümumi səslərin 99%-nin hesablanması nəticəsində Sanders 46,3%, Klinton isə 46,8% səs toplayıb.

Oreqon ştatında isə Demokratlar Partiyasının ilkin seçimlərini B.Sanders qazanıb. O, səslərin 52,7%-ni topladığı halda, H.Klinton 47,3% ilə kifayətlənib.

Qeyd edək ki, bu günə qədər H.Klinton Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədliyinin irəli sürülməsi üçün lazım olan üzvlərin 94%-nin dəstəyini təmin edib.

Son xəbərlər

Orphus sistemi