​Hillari Klinton demokratlardan ABŞ prezidentliyinə namizəd olmağa razılıq verib

​Hillari Klinton demokratlardan ABŞ prezidentliyinə namizəd olmağa razılıq verib O bunu partiyanın Filadelfiyada keçirilən qurultayında deyib
Digər ölkələr
29 İyul , 2016 07:24
​Hillari Klinton demokratlardan ABŞ prezidentliyinə namizəd olmağa razılıq verib

Bakı. 29 iyul. REPORT.AZ/ ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton noyabrın 8-də keçiriləcək ABŞ prezidentliyinə seçkilərdə Demokratlar Partiyasından namizəd olmağa razılıq verib.

"Report" xəbər verir ki, Klinton buna rəsmi razılığını partiyanın Filadelfiyada keçirilən qurultayında çıxış edərək Amerikanın siyasi ənənələrinə uyğun şəkildə bildirib.

"Mən mülayimlik, qətiyyətlilik və Amerikanın gələcəyinə sarsılmaz inamla sizin ABŞ prezidentliyinə nominasiyanızı qəbul edirəm", — deyə Klinton qurultayda bildirib.

Qurultay çərşənbə axşamı Klintonu namizəd qismində təsdiq edib.

Son xəbərlər

Orphus sistemi