Hillari Klinton ABŞ paytaxtına ştat statusu vermək niyyətindədir

Hillari Klinton ABŞ paytaxtına ştat statusu vermək niyyətindədir Xanım siyasətçinin sözlərinə görə, o, Vaşinqtonun statusunun dəyişdirilməsi üçün fəal təşviqat aparacaq
Digər ölkələr
12 May , 2016 09:33
Hillari Klinton ABŞ paytaxtına ştat statusu vermək niyyətindədir

Bakı. 12 may. REPORT.AZ/ Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa ən real iddiaçı olan Hillari Klinton ölkə paytaxtı Vaşinqtona ştat statusu verilməsinə çalışacaq.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi "The Washington Informer" üçün yazdığı məqalədə bildirib.

Xanım siyasətçinin sözlərinə görə, o, Vaşinqtonun statusunun dəyişdirilməsi üçün fəal təşviqat aparacaq.

"Vaşinqton, Kolumbiya dairəsi 700 min amerikalının evidir. Bu isə bəzi ştatların əhalisinin sayından çoxdur. Şəhər sakinləri başqaları kimi orduda qulluq edir, vergi ödəyir. Amma onların Konqresdə səsvermə hüququ yoxdur", - H.Klinton yazıb.

Son xəbərlər

Orphus sistemi