​Hindistanda avtobus dərəyə yuvarlanıb: sərnişinlərdən 14-ü ölüb, 30-u yaralanıb

​Hindistanda avtobus dərəyə yuvarlanıb: sərnişinlərdən 14-ü ölüb, 30-u yaralanıb Yerli polisin təmsilçisi bildirib ki, sərnişinlərin çoxu əzilmiş avtobusda qaldığından, ölənlərin sayının artacağı istisna olunmur
Digər ölkələr
20 Oktyabr , 2015 11:05
​Hindistanda avtobus dərəyə yuvarlanıb: sərnişinlərdən 14-ü ölüb, 30-u yaralanıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Hindistanın şimalında yerləşən Cammu və Kəşmirdə avtobusun dərəyə yuvarlanması nəticəsində azı 14 nəfər ölüb, 30-dan çox sərnişin yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu yerli polis idarəsi bildirib.

İlkin məlumata əsasən, avtobus həddən çox yükləndiyindən, sürücü yolun mürəkkəb hissəsində idarəetməni itirib.

Hadisə baş verən əraziyə - Udxampur dairəsinin Qxodri kəndi yaxınlığına çoxlu sayda xilasedici və həkim cəlb edilib.

Yerli polisin təmsilçisi bildirib ki, sərnişinlərin çoxu əzilmiş avtobusda qaldığından, ölənlərin sayının artacağı istisna olunmur.

Son xəbərlər

Orphus sistemi