Bakı. 10 sentyabr. REPORT.AZ/ Cümə günü Suriyanın Hələb şəhərinin şimal hissəsindəki məhəlləsinin terrorçular tərəfindən atəşə tutulması nəticəsində bir neçəsi uşaq olmaqla 7 nəfər ölüb, 24 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə şəhər polisindəki mənbəyə istinadən SANA agentliyi məlumat yayıb.
Agentliyin həmsöhbəti qeyd edib ki, terrorçular Səlah əd-Din rayonuna 15-dən çox raket atıblar.