Bakı. 3 may. REPORT.AZ/ Terrorçular Suriyanın Hələb şəhərində yerləşən xəstəxanaya raket zərbəsi endiriblər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, radikalların buraxdığı raketlər Hələb şəhərinin hökumət qüvvələri tərəfindən nəzarət edilən ərazisində yerləşən "Əl Dabit" xəstəxanasına düşüb.
Xəstəxanaya zərbələr nəticəsində 3 qadın ölüb, daha 17 nəfər isə yaralanıb.
"Reuters" həmçinin xəstəxana binasına ciddi ziyan dəydiyini bildirib.