Hələbdəki partlayış nəticəsində qədim qala divarının bir hissəsi dağıdıb

Hələbdəki partlayış nəticəsində qədim qala divarının bir hissəsi dağıdıb Hələb şəhərin qədim hissəsi 2013-cü ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınıb
Digər ölkələr
12 İyul , 2015 23:16
Hələbdəki partlayış nəticəsində qədim qala divarının bir hissəsi dağıdıb

Bakı. 12 iyul. REPORT.AZ/ Suriyada İnsan Hüquqlarını Müşahidə qrupunun bildirdiyinə görə, qalanın divarı hökumət qüvvələrinin üsyançıların qazıdığı yeraltı tuneli partlatdıqları zaman dağıntıya məruz qalıb. Dövlətə məxsus xəbər agentliyi isə tunelin üsyançılar tərəfindən partladıldığını bildirib.

"Report"un Amerikanın səsinə istinadən verdiyi xəbərə görə, Suriya fəallarının media orqanı olan Hələb Xəbər Şəbəkəsi (Halab News Network) partlayış nəticəsində dağılmış divarın görüntülərini yayıb.

Hələb şəhərinin qədim hissəsi 2013-cü ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınıb.

Vətəndaş müharibəsindən öncə Hələb Suriyanın ən çox əhalisi olan şəhəri idi. Şəhər hökumət və prezident Bəşar Əl-Əsədi hakimiyyətdən salmaq uğrunda mübarizə aparan üsyançıların nəzarət etdiyi hissələrə ayrılıb.

Son xəbərlər

Orphus sistemi