Hələb terrorçular tərəfindən atəşə tutulub, 23 nəfər ölüb, 47-si yaralanıb

Hələb terrorçular tərəfindən atəşə tutulub, 23 nəfər ölüb, 47-si yaralanıb Terrorçuların hədəfi hökumət qoşunları ilə yanaşı, həm də yaşayış məhəllələridir
Digər ölkələr
9 İyun , 2016 06:18
Hələb terrorçular tərəfindən atəşə tutulub, 23 nəfər ölüb, 47-si yaralanıb

Bakı. 9 iyun. REPORT.AZ/ Suriya ordusu Hələb şəhərinin şimal-şərq, şimal-qərb və cənub-qərb ətraflarından "Cəbhət ən-Nüsra" terrorçularının hücumunu dəf etməkdədirlər.

"Report" xəbər verir ki, bu barədə Suriyada Barışıq üzrə Rusiya Mərkəzinin çərşənbə günü axşam yaydığı məlumatda bildirilir.

Məlumata görə, açılan atəş kortəbii xarakter daşıyır, terrorçuların hədəfi təkcə hökumət qoşunlarının mövqeləri deyil, həm də yaşayış məhəllələridir.

Qeyd olunur ki, Hələbin atəşə tutulması nəticəsində 23 nəfər ölüb, 47 dinc sakin yaralanıb.

Son xəbərlər

Orphus sistemi