​Hələb ətrafında İŞİD yaraqlıları tərəfindən iranlı general qətlə yetirilib

​Hələb ətrafında İŞİD yaraqlıları tərəfindən iranlı general qətlə yetirilib Hərbi məsləhətçi kimi fəaliyyət göstərən İran ordusunun generalı Hüseyn Həmədani İŞİD yaraqlıları tərəfindən öldürülüb
Digər ölkələr
9 Oktyabr , 2015 14:17
​Hələb ətrafında İŞİD yaraqlıları tərəfindən iranlı general qətlə yetirilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ İŞİD yaraqlılarına qarşı döyüşən Suriya ordusunda hərbi məsləhətçi kimi fəaliyyət göstərən İran ordusunun briqada generalı Hüseyn Həmədani bu gecə Suriyada qətlə yetirilib.

Bu barədə "Report" PressTV-yə istinadən xəbər verir.

İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı bəyanatda deyilir ki, H.Həmədani Suriyanın Hələb şəhəri yaxınlığında İŞİD yaraqlıları tərəfindən qətlə yetirilib.

Xatırladaq ki, Suriyadakı münaqişə 4 ildir davam edir. İran terrorçu qruplaşmalara qarşı mübarizədə Suriyaya hərbi məsləhət təklif edib.

Son xəbərlər

Orphus sistemi