​Həcc ziyarətindən qayıdan Maldiv prezidentinin xanımı partlayışda xəsarət alıb

​Həcc ziyarətindən qayıdan Maldiv prezidentinin xanımı partlayışda xəsarət alıb Katerinin qəzaya uğraması nəticəsində daha iki nəfərin xəsarət aldığı güman olunur
Digər ölkələr
28 Sentyabr , 2015 14:43
​Həcc ziyarətindən qayıdan Maldiv prezidentinin xanımı partlayışda xəsarət alıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Maldiv adaları prezidenti Abdulla Yaminin katerinin qəzaya uğraması nəticəsində xanımı Fatimə İbrahim xəsarət alıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, qəza nəticəsində daha iki nəfərin xəsarət aldığı güman olunur. Hazırda bu informasiya dəqiqləşdirilir.

Xəbərdə bildirilib ki, kater hava limanı yerləşən adadan digərinə dorğu hərəkət edən zaman mühhərikdə partlayış baş verib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Hazırda araşdırma aparılır. 

Məlumata görə, ölkə prezidenti xəsarət almayıb və salamatdır.

Xatırladaq ki, Maldiv adalarının prezidenti Abdulla Yamin Həcc ziyarətindən ölkəsinə qayıdarkən katerində partlayış baş verib. Məlumata görə, hadisə kater ölkə paytaxtı Maleyə çatanda  baş verib.

Son xəbərlər

Orphus sistemi