Haitidə daşqınlar nəticəsində 6 nəfər ölüb

Haitidə daşqınlar nəticəsində 6 nəfər ölüb Haitinin şimalında yağan güclü yağışlar nəticəsində azı 6 nəfər daşqınların qurbanı olub.
Digər ölkələr
4 Fevral , 2022 03:33
Haitidə daşqınlar nəticəsində 6 nəfər ölüb

Haitinin şimalında yağan güclü yağışlar nəticəsində azı 6 nəfər daşqınların qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə “TeleSUR” telekanalı xilasedicilərin məlumatlarına istinadən məlumat yayıb.

Ən azı 1 nəfərin itkin düşdüyü bildirilir. Daha əvvəl 3 nəfərin öldüyü xəbər verilib.

Bundan əvvəl ölkə hakimiyyəti Şimal, Şimal-Şərq və Nipp departamentlərində 20-yə yaxın kommunanın qismən su altında qaldığını bildirilib. Qeyd edilir ki, təbii fəlakət zamanı 2 578 ev su altında qalıb, 2 500-ə yaxın ailənin müvəqqəti sığınacağa ehtiyacı var.

Son xəbərlər

Orphus sistemi