Haitidə 23 nəfər qasırğanın qurbanı olub

Haitidə 23 nəfər qasırğanın qurbanı olub Adada 3 mindən artıq ev dağılıb
Digər ölkələr
6 Oktyabr , 2016 14:12
Haitidə 23 nəfər qasırğanın qurbanı olub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Haitidə 23 nəfər "Metyu" qasırğasının qurbanı olub, 3 nəfər isə itkin düşüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, hakimiyyət fəlakət bölgələri ilə əlaqə saxlaya bilmədiyindən qurbanların sayının artacağı ehtima edilir.

Bu ada dövlətin prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Joselerm Priver bildirib ki, ölkənin cənubundakı iri şəhərlərdə vəziyyət fəlakət həddindədir.

Hakimiyyət fəalkət bölgəsindən 21 nəfəri təxliyə edib.

İlkin məlumata görə, 3 mindən artıq ev dağılıb.

"Metyu" son 10 ilin ən güclü qasırğası sayılır. Bu qasırğa oktyabrın 4-dən başlayıb.

Son xəbərlər

Orphus sistemi