​Gürcüstan və Rusiya sərhədində qar səbəbindən 150-dən çox maşın toplanıb

​Gürcüstan və Rusiya sərhədində qar səbəbindən 150-dən çox maşın toplanıb Qonşu ölkənin bölgələrinə artıq dördüncü gündür ki, güclü qar yağır
Digər ölkələr
5 Yanvar , 2016 09:01
​Gürcüstan və Rusiya sərhədində qar səbəbindən 150-dən çox maşın toplanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Gürcüstandan Rusiya istiqamətində gedən yük avtomobili sürücüləri artıq neçə gündür ki, iki ölkə sərhədində qalıblar. Onlar qidasız və yanacaqsız Lars gömrük-buraxılış məntəqəsinin açılmasını gözləyirlər.

"Report" xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, kanalın çəkiliş qrupu hava şəraitinin pis olması səbəbindən göstərilən yerə gedə bilməyib. Yerli hakimiyyət orqanları hələ ki, bu məlumatı təsdiq etməyiblər.

İlkin məlumatlara görə, 150-dən çox avtomobil -17 dərəcə şaxtada saatlarla yolların qardan təmizlənməsini gözləyiblər.

Gürcüstanın bölgələrinə artıq dördüncü gündür ki, güclü qar yağır və bu da ilk növbədə avtomobil yollarında nəqliyyatın hərəkətində çoxsaylı problemlər yaradıb.

Son xəbərlər

Orphus sistemi