Gürcüstan parlamentində üç partiya təmsil olunacaq

Gürcüstan parlamentində üç partiya təmsil olunacaq Bu, seçici səslərinin 99,9%-nin hesablanmasından sonra məlum oub
Digər ölkələr
10 Oktyabr , 2016 05:48
Gürcüstan parlamentində üç partiya təmsil olunacaq

Bakı. 10 oktyabr. REPORT.AZ/ Hakim "Gürcüstan arzusu – Demokratik Gürcüstan" və "Vahid milli hərəkat" partiyaları ilə yanaşı "Gürcüstan vətənpərvərləri alyansı" da gələcək Gürcüstan parlamentində üçüncü siyasi qüvvə kimi təmsil olunacaq.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Bu, seçici səslərinin 99,9%-nin hesablanmasından sonra məlum olub.

"Gürcüstan vətənpərvərləri alyansı" parlamentə keçid üçün lazım olan 5% səsi toplayıb.

Son xəbərlər

Orphus sistemi