Güclü qar fırtınası ABŞ-da 500 aviareysin ləğv edilməsinə səbəb olub

Güclü qar fırtınası ABŞ-da 500 aviareysin ləğv edilməsinə səbəb olub Bostona 35 santimetrədək qar düşəcəyi gözlənilir
Digər ölkələr
15 Fevral , 2015 09:07
Güclü qar fırtınası ABŞ-da 500 aviareysin ləğv edilməsinə səbəb olub

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ-ın şimal-şərqində güclü qar fırtınası səbəbindən 500 aviareys ləğv olunub. Kommunal işçiləri onları gözləyən ağır işə hazırlıq görürlər.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, Bostona 35 santimetrədək qar düşəcəyi gözlənilir. Fevralın 15-də şəhərdə ictimai nəqliyyat işləməyəcək.

Bundan başqa, ola bilsin ki, fevralın 15-i Nyu-Yorkda son 20 ilin ən soyuq günü olsun.

Son xəbərlər

Orphus sistemi