​“General Motors” 222 min “Cadillac” və “Chevrolet”ni geri çağırır

​“General Motors” 222 min “Cadillac” və “Chevrolet”ni geri çağırır Onlardan 205 309 ədədinin ABŞ-a, qalanın isə Kanada və başqa ölkələrə satıldığını açıqlayıb
Digər ölkələr
22 Sentyabr , 2014 13:33
​“General Motors” 222 min “Cadillac” və “Chevrolet”ni geri çağırır
Bakı. 22 sentyabr. REPORT.AZ/ ABŞ-ın tanınmış avtomobil istehsalçısı olan “General Motors Co” əyləc sistemində yanğın təhlükəsi aşkarlanan 221 558 avtomobili geri çağırır. “Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə şirkət sentyabrın 19-da ABŞ-ın avtomobillərdə təhlükəsizliyin tənzimlənməsinə nəzarət edən qurumdan aldığı məktubdan sonra bu addımı atmağa məcbur olub.

Milli Magistral Nəqliyyatı Təhlükəsizliyi İdarəsinin (NHTSA) məktubunda 2013-2015-ci illərdə satışa çıxan “Cadillac XTS” və 2014-2015-ci illərdə satılmalı olan “Chevrolet Impala”nın əyləc sistemində qüsur aşkar edildiyi göstərilir.

GM geri çağırılan avtomobillərin sayının 221 558 ədəd, onlardan 205 309 ədədinin ABŞ-a, qalanın isə Kanada və başqa ölkələrə satıldığını açıqlayıb:

“Problem sadəcə əyləcin natamam sıxılması halında onun fəaliyyətini göstərən işıqların bəzən çalışmaması ilə bağlıdır. Bəzən bu toqquşmaya yaxud hansısa qəzaya şərait yarada bilər. İndiyə qədər bu problemə görə qəza baş verməyib və ölən olmayıb. Bizim avtomobillərdə əlavə olaraq duman əleyhinə və uzaq məsafəni aydınladan işıqlar var ki, onun hesabına çarxların fəaliyyətini tənzimləmək mümkündür”.

GM-dən fərqli olaraq NHTSA rəsmisi Deyvid Fridmən (David Friedman) bu problemin son zamanlar qəzalara yol açdığını və 19 nəfərin dünyasını dəyişdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi