​Aralıq dənizində 170 nəfəri daşıyan gəmi yanıb

​Aralıq dənizində 170 nəfəri daşıyan gəmi yanıb Gəmi Palma-de-Malyorka - Valensiya marşrutu ilə hərəkətdə olub
Digər ölkələr
28 Aprel , 2015 21:45
​Aralıq dənizində 170 nəfəri daşıyan gəmi yanıb

Bakı. 28 aprel. REPORT.AZ/ Aralıq dənizində göyərtəsində 170 sərnişinin olduğu gəmi yanıb.

"Report" xəbər verir ki, bu barədə "El Pais" nəşri məlumat yayıb.

"Acciona Trasmediterranea" şirkətinə məxsus gəmi Palma-de-Malyorka limanından Valensiya istiqamətində hərəkət edirmiş.

Şahidlərin sözlərinə görə, təxliyə prosesi Malyorkanın qərbində yerləşən Draqonera adasından 30 km. aralıda aparılır.

Tibbi vertolyot tüstüdən zəhərlənən üç zərərçəkəni təxliyə edib.

Hakimiyyət gəminin batma ehtimalının olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi