Gələn il Monteneqronun NATO-ya daxil olması üçün həlledici il ola bilər

Gələn il Monteneqronun NATO-ya daxil olması üçün həlledici il ola bilər Monteneqronun İtaliyadakı səfiri Antun Sbuteqa vurğulayıb ki, ölkəsi əngəlləri aşaraq növbəti il NATO-nun üzvü ola bilər
Digər ölkələr
20 Fevral , 2016 07:04
Gələn il Monteneqronun NATO-ya daxil olması üçün həlledici il ola bilər

Bakı. 20 fevral. REPORT.AZ/ Monteneqro NATO-ya üzvlük istiqamətində önəmli addım atıb.

Belə ki, fevralın 15-də Brüsseldə keçirilmiş ikigünlük quruma daxilolma danışıqları zamanı əsasən üzvlük yolunda siyasi, hərbi və hüquqi məsələlər, hər iki tərəf üçün önəmli olan məqamlar diqqət mərkəzində olub. Növbəti mərhələdə isə daxilolma protokolunun imzalanması nəzərdə tutulur. Bu zaman Monteneqro təşkilatın toplantılarında qonaq qismində iştirak edə biləcək. Bütün üzvlər protokolu ratifikasiya etdikdən sonra Monteneqro qurumun 29-cu üzvü ola bilər.

Danışıqlara NATO-nun siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə baş katibinin köməkçisi, səfir Thrasyvoulos Terry Stamatopoulos sədrlik edib.

Monteneqronun İtaliyadakı səfiri Antun Sbuteqa vurğulayıb ki, ölkəsi əngəlləri aşaraq növbəti il NATO-nun üzvü ola bilər. 

Qeyd edək ki, 2009-cu ildən etibarən Montenqronun NATO-ya üzvlüyü üçün fəaliyyət planı çərçivəsində fəal danışıqlar aparılır. Ö

Son xəbərlər

Orphus sistemi