​G7 Minsk razılaşmalarını pozanları cəzalandıracaq

​G7 Minsk razılaşmalarını pozanları cəzalandıracaq "Böyük yeddilik" Debaltsevoda vəziyyətin gərginləşməsindən narahatdır
Digər ölkələr
14 Fevral , 2015 04:40
​G7 Minsk razılaşmalarını pozanları cəzalandıracaq

Bakı. 14 fevral. REPORT.AZ/ "Böyük yeddilik" liderləri fevralın 12-də əldə olunan yeni Minsk razılaşmalarını yerinə yetirməyənlər haqqında müvafiq tədbirlər görməyə hazır olduqlarını bəyan edirlər.

"Report" xəbər verir ki, bu barədə G7-nin cümə günü yayılan bəyanatında bildirilir.

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri, həmçinin Avropa Şurası və Avropa Komissiyası prezidentləri Ukraynanın separatçıların fəallaşdığı Debaltsevo rayonunda vəziyyətin kəsinləşməsi ilə əlaqədar narahatçılıqlarını ifadə ediblər.

"Biz növbəti dəfə Krımın qanunsuz olaraq Rusiya tərəfindən qəsb edilməsini pisləyirik və bunu beynəlxalq hüququn pozulması kimi qəbul edirik", - deyə "Böyük yeddiliy"in bəyanatında bildirilir.

Xatırladaq ki, Ukrayna atəşkəs pozulacağı təqdirdə Avropa Şurasının təcili iclasını çağıracaq.

Son xəbərlər

Orphus sistemi