Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin Antalya əyalətində keçirilən G-20 sammitindən sonra itən bəzi rus jurnalistlərin baqajı Parisdə tapılıb.
"Report" xəbər verir ki, bu barədə rusiyalı diplomat məlumat verib.
Məlum olub ki, altı rus jurnalistin baqajı həqiqətən səhvən Parisə göndərilib və məhz orada görülən axtarış tədbirlərindən sonra tapılıb.
Hazırda çamadanların sahiblərinə qaytarılması üçün tədbir görülür.
Tədbir zamanı mətbuat nümayəndələri "MAKS Royal Belek" otelində qalıblar.
Bazar ertəsi səhər onlar öz əşyalarını saxlanılması üçün qəbul otağına təhvil veriblər, lakin axşam geri götürməyə gələndə çamadanları yerində tapa bilməyiblər.
Otelin videomüşahidə kamerasında qeydə alınan görüntülərdən məlum olub ki, əşyalar Azərbaycan nümayəndə heyətinin təyyarəsi ilə Parisə göndərilib.