​Fransua Olland: "Parisdəki terror aktları Belçikada hazırlanıb"

​Fransua Olland: "Parisdəki terror aktları Belçikada hazırlanıb" Fransa prezidenti Suriyada əməliyyatların fəallaşdırıldığını bəyan edib
Digər ölkələr
16 Noyabr , 2015 21:58
​Fransua Olland: Parisdəki terror aktları Belçikada hazırlanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Parisdəki terror aktları Belçikada hazırlanıb.

"Report" xəbər verir ki, bu bəyanatla Fransa prezidenti Fransua Olland bazar ertəsi respublika konqresi qarşısında çıxış edib.

"Terror aktları Suriyada planlaşdırılıb, Belçikada isə hazırlanıb", - deyə o bildirib və "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) ölkənin düşməni olduğunu qeyd edib.

"Biz Suriyada yorulmadan səbəbi Bəşər Əsəddə deyil, oradakı düşmənimiz İŞİD-də olan problemin siyasi həlli yollarını axtarırıq", - deyə Olland əlavə edib.

Terror təhlükəsi ilə mübarizə üçün Parisdə görülməsi nəzərdə tutulan tədbirlərdən danışan prezident Suriyada əməliyyatların fəallaşdırıldığını elan edib.

"Hazırda Fransa Suriyada öz əməliyyatlarını fəallaşdırır", - deyə o bildirib. Olland əlavə edib ki, Fransa daxilində təhlükəsizliyin möhkəmləndirilməsi üçün jandarmeriya və milli polis əməkdaşlarının ştatı artırılacaq.

Bundan əlavə, Ollandın sözlərinə görə, ölkədə fövqəladə vəziyyət rejimi üç ay müddətinə uzadılacaq.

Son xəbərlər

Orphus sistemi