Fransızların bir çoxu Məhəmməd Peyğəmbərin karikaturalarının dərc edilməsinin əleyhinədir

Fransızların bir çoxu Məhəmməd Peyğəmbərin karikaturalarının dərc edilməsinin əleyhinədir Hazırda dünya müsəlmanları karikaturaların dərc olunmasına qarşı etiraz aksiyaları keçirirlər
Digər ölkələr
20 Yanvar , 2015 02:40
Fransızların bir çoxu Məhəmməd Peyğəmbərin karikaturalarının dərc edilməsinin əleyhinədir

BAKI. 20 yanvar. REPORT.AZ/ Fransa KİV-ləri İfop İnstitutunun keçirdiyi sosioloji sorğunun nəticələrini dərc edib. Sorğuya əsasən fransızların 42 faizi Məhəmməd Peyğəmbərin karikaturalarının dərc edilməsinin müsəlmanların inanclarını təhqir etdiyini düşünür.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, sorğu iştirakçılarının təxminən 50 faizi internetdə, əsasən də sosial şəbəkələrdə söz azadlığına müəyyən məhdudiyyətlər qoyulmasına tərəfdarıdır.

Yanvarın 7-də Məhəmməd Peyğəmbərin karikaturalarını dərc edən Charlie Hebdo jurnalının redaksiyasına edilmiş silahlı basqın zamanı 12 nəfər həlak olmuş 11 nəfər isə yaralanmışdı. Bundan sonra tirajı 3 milyona çatan jurnalın redaksiyası dini mövzuda karikaturaların dərcini davam etdirməyi və tirajı 7 milyona qaldırmağı qərara alıb.

Hazırda dünya müsəlmanları Peyğəmbərin karikaturalarının dərc olunmasına qarşı kütləvi etiraz aksiyaları keçirirlər. Çeçenistanın paytaxtı Qroznı şəhərində keçirilən “Məhəmməd Peyğəmbərə sevgi” adlı aksiyaya Şimali Qafqazdan 1 milyondan artıq insan toplaşıb. Aksiya zamanı heç bir insident qeydə alınmayıb.

Nigeriyada isə analoji aksiyalar Qroznıda olduğu kimi dinc keçməyib. Burada etirazçılarla polis arasında baş verən toqquşmalar zamanı 10 nəfərin həlak olduğu bildirilir.

Bundan başqa Mavritaniya, Əlcəzair, Mali, Seneqal və bir çox başqa dövlətlərdə də İslam dininin təhqir olunmasına qarşı aksiyalar davam edir.

Son xəbərlər

Orphus sistemi