Fransanın sabiq prezidenti Nikola Sarkoziyə qarşı açılmış cinayət işlərindən biri bağlanıb

Fransanın sabiq prezidenti Nikola Sarkoziyə qarşı açılmış cinayət işlərindən biri bağlanıb İş cinayət dəlillərinin qeyri-kafiliyi səbəbinə görə bağlanıb
Digər ölkələr
21 Sentyabr , 2016 15:53
Fransanın sabiq prezidenti Nikola Sarkoziyə qarşı açılmış cinayət işlərindən biri bağlanıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Fransada sabiq prezident Nikola Sarkoziyə qarşı açılmış cinayət işlərindən biri bağlanılıb.

"Report" AFP-yə istinadən xəbər verir ki, iş cinayət dəlillərinin qeyri-kafiliyi səbəbinə görə bağlanıb.

Ümumiyyətlə, 2015-ci ilin fevral ayında N.Sarkozinin korporativ səhmlərdən sui istifadə etməkdə şübhəli bilinməsi barədə məlumat yayılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sabiq prezidentin 2012-ci və 2013-cü illlərdə özəl təyyarəsi ilə Qətər, ABŞ və BƏƏ-yə səfərlərini araşdırıblar. Belə ki, hava nəqliyyat vasitəsindən istifadəyə görə ödənişləri eks-prezidentin dostu Stefan Kurbitin rəhbərlik etdiyi şirkət həyata keçirib.

Sui-istifadə üzrə iş Fransa Ədliyyə Nazirliyinin siyasətçiyə qarşı qaldırdığı yeganə iş deyil. Sentyabr ayının əvvəlində prokurorluğun N.Sarkozinin seçki kampaniyasının informasiya dəstəyi ilə məşğul olan "Bygmalion" PR-agentliyinin dosyesinin məhkəməyə verilməsini tələb etdiyi məlum olub.

İstintaq məlumatlarına görə, seçki kampaniyasının maliyyələşdirilməsinin bir hissəsi prezidentliyə namizədin təşviqinə qanunla icazə verilən maksimal həddi keçməmək üçün gizli hesablar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, 2007-2012-ci illlərdə Fransaya rəhbərlik etmiş N.Sarkozi avqustun sonlarında 2017-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi