Fransanın mərkəzi regionunda naməlum şəxslər insanları girov götürüb

Fransanın mərkəzi regionunda naməlum şəxslər insanları girov götürüb Ehtimala görə, "Charlie Hebdo" jurnalının redaksiyasına edilən basqının iştirakçıları polisə atəş açıb
Digər ölkələr
9 Yanvar , 2015 14:20
Fransanın mərkəzi regionunda naməlum şəxslər insanları girov götürüb

Bakı. 9 yanvar. REPORT.AZ/ Fransanın paytaxt regionundakı Sena və Marna departamentində naməlum şəxslər insanları girov götürüblər. Bu barədə "Report" "AFP"-yə istinadən xəbər verir. Polis insanları girov saxlayan şəxslərlə danışıqlar aparır.

Bir müddət əvvəl Dammarten-an Qoel şəhərində polislə atışma da baş verib. Polis yanvar ayının 7-də "Charlie Hebdo" jurnalının redaksiyasına edilmiş hücumun iştirakçıları olduğu güman edilən avtomobili təqib etdiyi zaman silahlı şəxslər polisə atəş açıb. 

Son xəbərlər

Orphus sistemi