​Fransanın müdafiə naziri: "İŞİD-in 22 min silahlısı öldürülüb"

​Fransanın müdafiə naziri: "İŞİD-in 22 min silahlısı öldürülüb" Jan-İv Lö Drian deyib ki, son günlər terrorçular geniş hücum planı həyata keçirə bilməyib
Digər ölkələr
22 Yanvar , 2016 09:50
​Fransanın müdafiə naziri: İŞİD-in 22 min silahlısı öldürülüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Beynəlxalq koalisiya qüvvələri ilyarım ərzində İraq və Suriyada İŞİD-ə qarşı həyata keçirdikləri əməliyyat nəticəsində 22 min terrorçu öldürülüb. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Jan-İv Lö Drian yerli "France-24" telekanalına müsahibəsində deyib.

O, son günlər terrorçuların geniş hücum planı həyata keçirə bilmədiyini də vurğulayıb. Onun sözlərinə görə, aparılan səmərli əməliyyatlar terrorçu İŞİD qruplaşmasını "çox qəzəbləndirib".

Qeyd edək ki, İŞİD-ə qarşı koalisiya qüvvələri 2014-cü ilin yayından mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi