Fransanın Misirə döyüş təyyarələri satması barədə razılıq əldə edilib

Fransanın Misirə döyüş təyyarələri satması barədə razılıq əldə edilib 5,2 milyard dəyərində olan müqaviləyə dair sənədlərin hazırlanması üç aya başa gəlib
Digər ölkələr
13 Fevral , 2015 03:03
Fransanın Misirə döyüş təyyarələri satması barədə razılıq əldə edilib

Bakı. 13 fevral. REPORT.AZ/ Fransanın Misirə 24 ədəd “Rafale“ tipli döyüş təyyarələri satması barədə iki ölkə arasında razılıq əldə edilib.

"Report" AzərTAc-a istinadla məlumatına görə, Fransa prezidenti Fransua Olland bunun “Rafale“ döyüş təyyarələrinin xaricə satışı ilə bağlı ilk müqavilə olduğunu bildirib. Ölkə başçısı qeyd edib ki, 5,2 milyard dəyərində olan müqaviləyə dair sənədlərin hazırlanması çox qısa müddətdə - üç aya başa gəlib.

Prezident daha sonra məlumat verib ki, müqavilənin imzalanması mərasimi fevralın 16-da Qahirədə keçiriləcək. Müqaviləni Fransa tərəfindən ölkənin müdafiə naziri Jan-İv Lö Drian, Misir tərəfdən isə prezident Abdel Fəttah əl-Sissi imzalayacaq.

Son xəbərlər

Orphus sistemi