​Fransanın ədliyyə naziri istefa verib

​Fransanın ədliyyə naziri istefa verib Kristina Tobira: "Müqavimət göstərmək bəzən qalmaq, bəzən isə getmək deməkdir"
Digər ölkələr
27 Yanvar , 2016 19:35
​Fransanın ədliyyə naziri istefa verib

Bakı. 27 yanvar. REPORT.AZ/ Fransanın ədliyyə naziri Kristina Tobira tutduğu vəzifədən istefa verib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, o, Fransa hökumətinin ölkə konstitusiyasına dəyişikliklərlə bağlı təkliflərini qəbul etmədiyi üçün istefa verib. Həmin təklifə əsasən, Fransada fövqəladə vəziyət rejimi 3 ay uzadılacaq və terrorçuluqda ittiham olunan məhkumlar ölkə vətəndaşlığından çıxarılacaq. K.Tobira terrorla əlaqəsi olanların vətəndaşlıqdan çıxarılması təklifinə qarşı çıxıb.

Fransa parlamenti həmin təklifləri bu gün müzakirə edəcək.

O, "Twitter" səhifəsində istefasının səbəbini belə açıqlayıb: "Müqavimət göstərmək bəzən qalmaq, bəzən isə getmək deməkdir".

Qeyd edək ki, Kristina Tobira Fransada irqçiliyin artması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. O, yerli siyasətçiləri irqçiliyə qarşı çıxmamaqda günahlandırıb. O, özünə qarşı təhqirlərə ciddi reaksiya olmadığını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi