Fransanın cənub-qərbində miqrantlara qarşı nümayiş keçirilib

Fransanın cənub-qərbində miqrantlara qarşı nümayiş keçirilib Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib
Digər ölkələr
16 Noyabr , 2015 01:18
Fransanın cənub-qərbində miqrantlara qarşı nümayiş keçirilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Fransanın cənub-qərbində Brötan əyalətinin Pontivy qəsəbəsində ultrasağçı Adsav qrupunun üzvləri miqrantlara qarşı nümayiş keçiriblər. Nümayişçilər miqrantlara və xaricilərə qarşı “onları öldürəcəyik, onlara burada yer yoxdur” şüarlarını səsləndiriblər.

İki yüzə yaxın ultrasağçı ilə bu nümayişin əleyhinə olan qrup arasında toqquşma baş verib. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Son xəbərlər

Orphus sistemi