Fransanın baş naziri: "Fövqəladə vəziyyət rejimi uzadıla bilər"

Fransanın baş naziri: "Fövqəladə vəziyyət rejimi uzadıla bilər" Fransada fövqəladə vəziyyət noyabrın 13-də Parisdə baş verən terror hücumlarından sonra üç ay müddətinə tətbiq olunub
Digər ölkələr
1 Dekabr , 2015 14:42
Fransanın baş naziri: Fövqəladə vəziyyət rejimi uzadıla bilər

Bakı. 1 dekabr. REPORT.AZ/ Fransada üç ay müddətinə tətbiq olunan fövqəladə vəziyyətin müddəti uzadıla bilər. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın baş naziri Manuel Vals verib.

"Biz terror təhlükəsinə uyğun olaraq hərəkət edəcəyik. Heç bir variantı istisna etmirəm", - o, "Europe 1" radiosunun efirində bildirib.

Qeyd edək ki, Fransada fövqəladə vəziyyət noyabrın 13-də Parisdə baş verən terror hücumlarından sonra üç ay müddətinə - fevralın 26-na qədər olmaqla tətbiq olunub. Parlament hökumət rəhbərliyinin bu təklifinə yekdilliklə tərəf çıxıb.

Son xəbərlər

Orphus sistemi