Bakı. 3 mart REPORT.AZ/ Fransanın iqtisadiyyat naziri Emmanuel Makron Böyük Londonu Britaniyanın Aİ-dən çıxacağı təqdirdə Britaniya-Fransa münasibətlərinin kəskin dəyişəcəyi haqqında xəbərdar edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Financial Times" qazetinə müsahibəsində fransalı nazir qeyd edib ki, söhbət həm Böyük Britaniya ilə olan miqrantlarla bağlı razılaşmaların pozulmasından, həm də ölkələr arasında ticarət və iqtisadi əlaqələrdə maneələrin yaranmasından gedir.
"Əlaqələrin qırıldığı gün miqrantlar artıq Kaledə olmayacaq", - Makron müsahibəsində bildirib. Söhbət 2003-cü ildə Tukda əldə olunan miqrant axınının tənzimlənməsi haqqında ikitərəfli razılaşmanın mümkün ola biləcək pozulmasından gedir. Makronun sözlərinə görə, Fransa öz miqrant düşərgəsini başqa yerə köçürəcək, bu da Böyük Britaniyaya miqrant axını üçün "qırmızı xalı" olacaq.
Nazir, həmçinin vurğulayıb ki, Böyük Britaniya təşkilatdan çıxdığı təqdirdə Aİ-də iş icazəsi olan bir sıra xarici maliyyə servislərin Londondan çıxacağını da gözləyir.