Fransada terror aktının qarşısı alınıb

Fransada terror aktının qarşısı alınıb Ölkənin daxili işlər naziri bildirib ki, saxlanılan şəxs kilsələrdə partlayışlar törətməyi planlaşdırıb
Digər ölkələr
22 Aprel , 2015 13:58
Fransada terror aktının qarşısı alınıb

Bakı. 22 aprel. REPORT.AZ/ Fransa hüquq-mühafizə orqanları terror aktının qarşısını alıb. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Bernar Kaznev bildirib. 

Onun sözlərinə görə, saxlanılan şəxsdən silah və sursat aşkar olunaraq götürülüb. 

Nazirin verdiyi məlumata görə, terrorçu kilsələrdə partlayışlar törətməyi planlaşdırıb. Cinayətkar aprelin 19-da Parisin cənub-şərqindəki 13-cü rayonda saxlanılıb. 

Saxlanılan şəxs elektronika ixtisası üzrə təhsil alan gənc tələbədir. O, öz radikal fikirlərinə görə polisin nəzarəti altında olub. 

Son xəbərlər

Orphus sistemi