​Fransada saxta pul kəsənlər tutuldu

​Fransada saxta pul kəsənlər tutuldu Polisin reydi zamanı 11 nəfər saxlanılıb
Digər ölkələr
20 Dekabr , 2014 08:37
​Fransada saxta pul kəsənlər tutuldu

Bakı. 20 dekabr. REPORT.AZ/ Fransa polisi saxta pul kəsən işbazları yaxalayıb.

"Report" bildirir ki, hüquq-mühafizə orqanları 900 min avro dəyərində saxta əsginaz müsadirə edib.

Fransa polisi Avinyon və Marsel şəhərlərində apardığı araşdırmalar nəticəsində gizli şəkildə saxta pul kəsilən mətbəələr aşkar edib. Axtarış zamanı 900 min avro dəyərində saxta əsginaz kəsildiyi üzə çıxıb. Polisin reydi zamanı 11 nəfər saxlanılıb. Məlumata görə, saxlanılan şəxslərdən ikisi bank sisteminin yüksək vəzifəli işçiləridirlər.

Son xəbərlər

Orphus sistemi