​Fransada polis maşınını yandıran ABŞ vətəndaşı tutulub

​Fransada polis maşınını yandıran ABŞ vətəndaşı tutulub 27 yaşlı amerikalıya qarşı ittiham irəli sürülüb
Digər ölkələr
30 May , 2016 08:27
​Fransada polis maşınını yandıran ABŞ vətəndaşı tutulub

Bakı. 30 may. REPORT.AZ/ Fransa hökuməti tərəfindən Parisdə baş verən kütləvi iğtişaşlar zamanı polis maşınını yandırmaqda şübhəli bilinən ABŞ vətəndaşı saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Paris Şəhər Prokurorluğundan məlumat verilib.

Amerika vətəndaşı bu insidentin təhqiqatı çərçivəsində saxlanılan 5 gəncdən biri olub.

Prokurorluğun məlumatına görə, 27 yaşlı amerikalıya qarşı qəsdən hakimiyyət nümayəndəsinin həyatına sui-qəsd etmək ittihamı irəli sürülüb.

O, həmçinin digər şübhəlilərlə birlikdə qabaqcadan əlbir olaraq zorakılıq törətməkdə və maddi ziyan vurmaqda günahlandırılır.

Polis maşınının yandırılması insidenti mayın 18-i Parisdə Əmək Məcəlləsi islahatlarına qarşı kütləvi etirazlarla müşahidə olunan növbəti nümayiş zamanı baş verib.

Son xəbərlər

Orphus sistemi