Bakı. 24 yanvar. REPORT.AZ/ Fransanın müsəlman icması tərəfindən maliyyələşən tədqiqat institutunun məlumtına görə, son iki həftə ərzində Fransa ərazisində nifrət zəminində müsəlmanlara qarşı 128 hücum qeydə alınıb.
"Report" xəbər verir ki, 2014-cü il ərzində bu kimi hücumların sayı 133 olub.
İnstitut iddia edir ki, islamofobiya birbaşa olaraq son həftələr Fransa ərazisində baş verən terror aktlarının nəticəsində artıb.