Fransada isti hava şəraiti bir həftədə 700 nəfərin ölümünə səbəb olub

Fransada isti hava şəraiti bir həftədə 700 nəfərin ölümünə səbəb olub Ölkənin Səhiyyə Nazirliyi isti hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib
Digər ölkələr
16 İyul , 2015 18:10
Fransada isti hava şəraiti bir həftədə 700 nəfərin ölümünə səbəb olub

Bakı. 16 iyul. REPORT.AZ/ İyunun 29-dan iyulun 5-nə kimi Fransada müşahidə olunan isti hava şəraiti 700 nəfərin ölümünə səbəb olub. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Marisol Tourayn deyib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu il ölüm göstəricisi 7 faiz, təcili tibbi yardıma müraciət edənlərin sayı isə 3 dəfə artıb.

Səhiyyə naziri ölüm hallarının 2003-cü ildə müşahidə olunan isti hava şəraitinə görə dünyasını dəyişənlərdən az olduğunu da diqqətə çatdırıb.

Xatırladaq ki, qeyd olunan günlərdə Fransanın bir çox bölgələrində 40 dərəcədən çox temperatur qeydə alınıb. Bu da ölkədə son 60 ilin ən isti günü olub. Bu səbəbdən nazirlik əhaliyə xəbərdarlıq edərək həyəcan siqnalı verib.

Qeyd edək ki, 2003-cü ilin avqust ayında ölkədə qeydə alınan isti hava şəraiti nəticəsində əksəriyyəti evdə tək yaşayan yaşlılar olmaqla, 20 min insan həyatını itirmişdi. 

Son xəbərlər

Orphus sistemi