Fransada ildırım sərnişin qatarlarının qrafikində dəyişikliyə səbəb olub

Fransada ildırım sərnişin qatarlarının qrafikində dəyişikliyə səbəb olub Təbiət hadisəsinin nəticələri bir neçə saatdan sonra aradan qaldırılıb, qrafikdə gecikmə 2-5 saat təşkil edib
Digər ölkələr
4 Avqust , 2015 21:51
Fransada ildırım sərnişin qatarlarının qrafikində dəyişikliyə səbəb olub

Bakı. 4 avqust. REPORT.AZ/ Fransada Paris-Bordo xəttində bir neçə sərnişin qatarı Rüffek şəhəri ərazisində kontakt şəbəkəyə ildırım düşməsi nəticəsində qrafikdən geri qalıb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir. 

Hərəkət hər iki istiqamətdə dayandırılıb. Təbiət hadisəsinin nəticələri bir neçə saatdan sonra aradan qaldırılıb və hərəkət bərpa olunub. Qrafikdə gecikmə 2-5 saat təşkil edib.

Respublika paytaxtını Atlantik sahili ilə birləşdirən həmin dəmiryolu xətti yay məzuniyyətləri dövründə ən gərgin rejimdə işləyən xətdir. 

Son xəbərlər

Orphus sistemi