​Fransada hökumətlə müsəlmanlar arasında dialoq keçiriləcək

​Fransada hökumətlə müsəlmanlar arasında dialoq keçiriləcək Tədbirdə müsəlman icması və ziyalılarının nümayəndələri, eləcə də tanınmış yazıçı və ictimai xadimlərin iştirakı nəzərdə tutulub
Digər ölkələr
1 İyun , 2015 09:49
​Fransada hökumətlə müsəlmanlar arasında dialoq keçiriləcək

Bakı. 1 iyun. REPORT.AZ/ Fransada yüksəkvəzifəli hökumət təmsilçiləri ilə bu ölkədə yaşayan müsəlmanların əsas təşkilatı sayılan Fransa İslam Şurası nümayəndələri arasında görüş keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Görüş iyunun 15-də baş tutacaq.

Bu danışıq "İslam dialoqu" adlanır.

Şuranın təmsilçisi Abdullah Zekrinin sözlərinə görə, görüş Fransanın Daxili İşlər Nazirliyində keçiriləcək. Görüşdə hökumət tərəfdən Fransanın daxili işlər naziri Bernar Kaznevin iştirak edəcəyi gözlənilir.

Görüşdə imamların təhsili, heyvanların islam qaydalarına uyğun kəsilməsi üçün xüsusi yerlərin ayrılması, habelə Fransada yaşayan müsəlmanların üzləşdiyi digər problemlərin müzakirə ediləcəyi planlaşdırılır.

Tədbirdə müsəlman icması və ziyalılarının nümayəndələri, eləcə də tanınmış yazıçı və ictimai xadimlərin iştirakı nəzərdə tutulub.

Təsdiqlənməmiş məlumata əsasən, hazırda Fransada 5 milyona yaxın müsəlman yaşayır. 2011-ci ilin məlumatına görə, ölkə əhalisinin sayı 63 136 180 nəfərdir. 

Son xəbərlər

Orphus sistemi