Fransada fövqəladə vəziyyət 6 ay qüvvədə olacaq

Fransada fövqəladə vəziyyət 6 ay qüvvədə olacaq Güman edilirdi ki, onun müddəti uzadılmayacaq
Digər ölkələr
20 İyul , 2016 06:13
Fransada fövqəladə vəziyyət 6 ay qüvvədə olacaq

Bakı. 20 iyul. REPORT.AZ/ Fransa Milli Məclisinin (parlamentinin aşağı palatası) ölkə ərazisində fövqəladə vəziyyətin qüvvədə olm müddətin uzadılmasının lehinə səs veriblər. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hökumət təmsilçisi Manuel Vals fövqəladə vəziyyətin 3 ay müddətdə qüvvədə olmasını təklif edib. Lakin deputatlar bu müddətin bir qədər də artırılmasını dəstəkləyiblər.

Ötən ilin 13 noyabrında baş vermiş terror aktından sonra elan edilmiş fövqəladə vəziyyətin müddəti iyulun 26-da başa çatır. Güman edilirdi ki, onun müddəti uzadılmayacaq. Lakin  Nitsa şəhərində baş vermiş növbəti terror aktından sonra fövqəladə vəziyyətin müddəti uzadıldı.

Son xəbərlər

Orphus sistemi