​Fransada əyləncə parkında partlayış olub: 1 ölü, 4 yaralı

​Fransada əyləncə parkında partlayış olub: 1 ölü, 4 yaralı Hadisə baş verən zaman parkda təmir işləri aparılıb
Digər ölkələr
2 May , 2016 23:53
​Fransada əyləncə parkında partlayış olub: 1 ölü, 4 yaralı

Bakı. 3 May. REPORT.AZ/ Fransanın Ruan şəhərində təmirə bağlı olan əyləncə parkında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, bu barədə şəhərin yanğın-xilasetmə xidmətinin məlumatında bildirilir.

Məlumata görə, ümumilikdə 4 nəfər xəsarət alıb.

Partlayışın səbəbi hələ ki, müəyyən edilməyib. Hadisə baş verən zaman parkda təmir işlərinin aparıldığı məlumdur.

Son xəbərlər

Orphus sistemi