Fransada BMT-nin İqlim Dəyişikliyi Konfransı keçiriləcək

Fransada BMT-nin İqlim Dəyişikliyi Konfransı keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında 60-dan çox ölkənin lideri bir araya gələcək
Digər ölkələr
11 Noyabr , 2015 23:05
Fransada BMT-nin İqlim Dəyişikliyi Konfransı keçiriləcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Gələn ay Fransada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında 60-dan şox ölkənin lideri bir araya gələcək.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, sammit zamanı karbon tullantılarının məhdudlaşdırılması barədə iyirmi ildir davam edən müzakirələrdən sonra razılığın əldə ediləcəyinə ümid edilir.

Yığıncaqda müzakirə ediləcək ən mühüm məsələlərdən biri də inkişaf etməkdə olan ölkələrə davamlı enerji mənbələrinin yaradılması üçün maliyyə yardımıdır.

Karbon qazı tullantılarının iqtisadiyyata təsirindən danşan Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib ki, “Heç bir iş görməməyin iqtisadi baxımdan potensial olaraq fəlakətli nəticələri ola bilər”.

Son xəbərlər

Orphus sistemi