Olland: "​Fransada 3 ay müddətində fövqəladə rejim qüvvədə olacaq"

Olland: "​Fransada 3 ay müddətində fövqəladə rejim qüvvədə olacaq" "Nitsadakı hücumun terror xarakterli olduğunu inkar etmək olmaz"
Digər ölkələr
15 İyul , 2016 07:00
Olland: ​Fransada 3 ay müddətində fövqəladə rejim qüvvədə olacaq

Bakı. 15 iyul. REPORT.AZ/ "Nitsa şəhərində baş vermiş hadisədən sonra Fransada fövqəladə vəziyyət 3 ay müddətində uzadılacaq". 

"Report" xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland xalqa müraciətində bildirib.

Fransa prezidenti qeyd edib ki, hadisə nəticəsində 77 nəfər dünyasını dəyişib. Onlar arasında xeyli sayda uşaq var.

Ölkə başçısı həmçinin xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğunu bildirib. Onun sözlərinə görə, Nitsadakı hücumun terror xarakterli olduğunu inkar etmək olmaz.

Qeyd edək ki, Fransua Olland bu gün Nitsa şəhərinə gələrək zərər çəkmiş sakinlərə dəstəyini ifadə edəcək.  

Son xəbərlər

Orphus sistemi