Fransa Yəməndəki səfirliyini bağlayıb

Fransa Yəməndəki səfirliyini bağlayıb Bu ölkədə dövlət məmurlarına və əcnəbilərə qarşı tez-tez basqınlar olur
Digər ölkələr
9 Dekabr , 2014 16:22
Fransa Yəməndəki səfirliyini bağlayıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Fransa Yəmənin paytaxtı Sənadakı səfirliyini təhlükəsizliklə bağlı müvəqqəti olaraq bağlayıb.

"Report" xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, səfirlik dekabrın 14-dək bağlı olacaq.

Qeyd edək ki, 2014-cü ilin mayında Yəməndə Avropa Birliyinin təmsilçisi kimi fəaliyyət göstərən Fransanın bir vətəndaşı öldürülüb, biri isə yaralanıb. Bundan sonra Fransa bu ölkədəki səfirliyini bağlayıb.

Xatırladaq ki, bu ölkədə dövlət məmurlarına və əcnəbilərə qarşı tez-tez basqınlar olur.

Son xəbərlər

Orphus sistemi