Fransa XİN başçısı Böyük Britaniyadakı referendumun nəticələrinə görə məyusdur

Fransa XİN başçısı Böyük Britaniyadakı referendumun nəticələrinə görə məyusdur Eyro: "Aİ insanların etibarını geri qaytarmalıdır"
Digər ölkələr
24 İyun , 2016 10:31
Fransa XİN başçısı Böyük Britaniyadakı referendumun nəticələrinə görə məyusdur

Bakı. 24 iyun. REPORT.AZ/ Fransa xarici işlər naziri Jan-Mark Eyro Böyük Britaniyada Avropa İttifaqına üzvlüklə bağlı keçirilən referendumun nəticələrinə görə məyus olduğunu bildirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, XİN başçısı referendumun nəticəsinin Böyük Britaniya üçün də kədərli olduğunu vurğulayıb.

"Aİ fəaliyyətini davam etdirəcək, amma qurum insanların etibarını geri qaytarmalıdır. Bunu təcili eləmək lazımdır", - deyə J.-M.Eyro qeyd edib.

Xatırladaq ki, BBC-nin məlumatına əsasən, Böyük Britaniyada Avropa İttifaqına üzvlüklə bağlı keçirilən referendumun nəticələrinə görə seçicilərin 52%-i Aİ tərkibindən çıxmağın lehinə səs verib.

Son xəbərlər

Orphus sistemi