​Fransa XİN başçısı: "Aİ bütün bura gəlmək arzusunda olan miqrantları qəbul edə bilməz"

​Fransa XİN başçısı: "Aİ bütün bura gəlmək arzusunda olan miqrantları qəbul edə bilməz" Paris Avropa Komissiyasının silahlı münaqişələr olmayan "təhlükəsiz ölkələr" siyahısının tərtib edilməsi təklifini dəstəkləyir
Digər ölkələr
22 Sentyabr , 2015 13:04
​Fransa XİN başçısı: Aİ bütün bura gəlmək arzusunda olan miqrantları qəbul edə bilməz

Bakı. 22 sentyabr. REPORT.AZ/ Artıq bunu etiraf etməyin vaxtı çatıb ki, Aİ bütün bura gəlmək arzusunda olan miqrantları qəbul edə bilməyəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Fransa xarici işlər naziri Loran Fabius Avropa İttifaqı DİN başçılarının fövqəladə iclası ərəfəsində Belçikanın Le Soir qəzetində çap olunan müsahibəsində bildirib.

Bu toplantı 120 min miqrantın əlavə olaraq birlik ölkələri arasında bölüşdürülməsi kvotasının müəyyənləşdirilməsi probleminə həsr olunacaq.

"Artıq açıq şəkildə etiraf etməyin vaxtı çatıb ki, Aİ bütün iqtisadi miqrantların qəbulu üçün qapıları açıq saxlaya bilməyəcək", - Fabius bildirib.

Paris Avropa Komissiyasının silahlı münaqişələr olmayan "təhlükəsiz ölkələr" siyahısının tərtib edilməsi təklifini dəstəkləyir.

Bütün bu ölkələrdən gələn vətəndaşlar avtomatik olaraq iqtisadi miqrantlar hesab olunacaq, lakin qaçqın statusu əsasən silahlı münaqişələr baş verən ölkələrin vətəndaşlarına veriləcək. 

Son xəbərlər

Orphus sistemi