Fransa sərhəd nəzarəti sisteminin tətbiqinə başlayıb

Fransa sərhəd nəzarəti sisteminin tətbiqinə başlayıb Bu tədbir dekabrın 13-dək davam edəcək
Digər ölkələr
13 Noyabr , 2015 11:05
Fransa sərhəd nəzarəti sisteminin tətbiqinə başlayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Fransa hökuməti bu gün bütün qonşu ölkələrlə sərhəddə nəzarət sisteminin tətbiqinə başlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, ilk həftəsində seçmə xarakter daşıyacaq bu tədbir dekabrın 13-dək davam edəcək.

Daxili işlər naziri Bernar Kaznyov Senatdakı dinləmələrdə qeyd edib ki, sərhəd təhlükəsizliyini təmin etmək üçün ümumilikdə 30 min polis əməkdaşı cəlb olunacaq.

Nazir qeyd edib ki, sərhədlərdə təhlükəsizlik tədbirləri tədricən, Parisdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP-21) tarixi yaxınlaşdıqca sərtləşdiriləcək: "Noyabrın 29-dan dekabrın 12-dək davam edəcək tədbirin başlamasına 10 gün qalmışdan nəzarəti sərtləşdirəcəyik. Konfransın başlanmasına 4 gün qalanda isə nəzarət sistemli şəkil alacaq".

Eyni zamanda, DİN rəhbəri sərhədlərin tam bağlanmasının gündəmdə olmadığını da qeyd edib.

Qeyd edək ki, COP-21 Parisdə 30 noyabr - 11 dekabr aralığında baş tutacaq. Konfransda 80-dən çox dövlət və hökumət başçısı iştirak etməlidir.

O da vurğulanmalıdır ki, bu nəzarət Azərbaycan vətəndaşları üçün ciddi maneə olmayacaq. Fransanın ölkəmizdəki səfirliyi daha öncə bildirmişdi ki, vətəndaşlarımız adi rejimdə səfirlikdən viza ala biləcək.

Son xəbərlər

Orphus sistemi