​Fransa Senatı Fələstin Dövlətinin tanınması ilə bağlı qətnamə qəbul edib

​Fransa Senatı Fələstin Dövlətinin tanınması ilə bağlı qətnamə qəbul edib Bu haqda qətnamə 8 səs çoxluğu ilə qəbul olunub
Digər ölkələr
11 Dekabr , 2014 15:42
​Fransa Senatı Fələstin Dövlətinin tanınması ilə bağlı qətnamə qəbul edib

Bakı. 11 dekabr. REPORT.AZ/ Dekabrın 11-də Fransa Senatı səs çoxluğu ilə Fələstin Dövlətinin hökumət tərəfindən rəsmi olaraq tanınması ilə bağlı qətnaməni qəbul edib.

"Report" "TASS"a istinadən xəbər verir ki, sağ mərkəzçilərin çoxluq təşkil etdiyi Senatda 154 senator qərarın lehinə, 146-sı isə əleyhinə səs verib.

Xatırladaq ki, dekabrın 9-da parlamentin Aşağı Palatası 339 səs lehinə, 151 səs əleyhinə olmaqla Fələstin Dövlətinin tanınması ilə bağlı qətnaməni təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi