​Fransa prezidenti səfərini yarımçıq kəsib

​Fransa prezidenti səfərini yarımçıq kəsib Fransua Olland Avropa İttifaqının Brüsseldə keçirilən sammitində iştirak edirdi
Digər ölkələr
26 İyun , 2015 15:48
​Fransa prezidenti səfərini yarımçıq kəsib

Bakı. 26 iyun. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland Sen-Kenten-Falave şəhərində baş verən terror hadisəsi ilə əlaqədar Belçikaya səfərini yarımçıq kəsərək təcili ölkəsinə qayıdıb.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

O, Avropa İttifaqının Brüsseldə keçirilən sammitində iştirak edirdi.

Xatırladaq ki , Fransada baş verən terror aktında iki nəfər avtomobili maye qaz istehsal edən zavodun qapıları istiqamətində sürərək, təbii qaz balonları olan anbara çırpılıblar. Bundan sonra partlayış baş verib. Çoxlu sayda yaralanan var. Hadisəni törədənlərin öldürüldüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi