Bakı. 19 may. REPORT.AZ/ "Airbus A320-232 " təyyarəsi qəzaya uğrayıb. "Report" "France Press"ə istinadən xəbər verir ki, bunu Fransanın prezidenti Fransua Olland bildirib.
"Biz heç bir versiyanı təkzib etmirik, heç bir versiyaya da üstünlük vermirik", - deyə Fransua Olland vurğulayıb.
Qeyd edək ki, Parisdən Misirin paytaxtı Qahirəyə uçan "Airbus A320-232 " təyyarəsi Yunanıstanın Aralıq dənizindəki Karpatos adasının sahilinə düşüb.
Misirin "EgyptAir" aviaşirkətinə məxsus təyyarənin sərnişinlərinin taleyindən xəbər yoxdur.
Təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin bir vətəndaşı olub.
Xatırladaq ki, Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi MS804 reysi üzrə Parisdən Qahirəyə uçuş həyəta keçirən zaman radar ekranlarından itib. Təyyarənin göyərtəsində 66 sərnişin və ekipaj üzvləri olub.