Fransa polisi yenidən etiraz aksiyası keçirib

Fransa polisi yenidən etiraz aksiyası keçirib Onlar çətin iş şəraitlərindən şikayətləniblər
Digər ölkələr
21 Oktyabr , 2016 03:51
Fransa polisi yenidən etiraz aksiyası keçirib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Fransa polisi hakimiyyətin diqqətini çətin iş şəraitinə cəlb etmək məqsədi ilə yenidən etiraz aksiyası keçirib.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, təqribən 500 polis əməkdaşı cümə axşamı Eyfel qülləsinin qarşısında yerləşən Trokadero meydanına toplaşıb.

Onlar əvvəllər xuliqanların hərəkətlərindən zərər çəkən həmkarlarına dəstək şüarları, həmçinin daxili işlər naziri Bernar Kaznevin istefasına çağırışlar səsləndiriblər. Analoji aksiyalar Fransanın digər şəhərlərində də keçirilib.

Fransa polisinin etiraz aksiyası keçirməsinə oktyabrın 8-də Paris qəsəbələrindən birində naməlum şəxslərin polis avtomobilinə "Molotov kokteyli" atması səbəb olub. Həmin hadisə zamanı bir asayiş keşikçisi ciddi yanıq xəsarətləri alıb. Ondan sonra daha bir oxşar hadisə bş verib.

Son xəbərlər

Orphus sistemi