Bakı. 28 iyul. REPORT.AZ/ Fransa polisi Ruanda kilsəyə hücum edən ikinci terrorçunun kimliyini müəyyənləşdirib.
"Report" TASS-a istinadən xəbər verir ki, həmin şəxs 19 yaşlı Abdel Malik Nabil Petijan olub.
Ortağı kimi, onun da adı xüsusi xidmət orqanlarının bazasında və Fransa milli təhlükəsizliyi üçün potensial təhlükə yaradan şəxslərin siyahısında olub.